”Azərbaycan Gəncliyinin 100 siması” kampaniyasının yeni siması Ağarazıyeva Vüsalə

12 Noyabr 2019

”Azərbaycan Gəncliyinin 100 siması” kampaniyasının yeni siması Ağarazıyeva Vüsalə

Ağarazıyeva Vüsalə Naib qızı 1990-ci ilin iyulun 12 tarixində Bakı şəhərində anadan olmuşam. 2007-ci ildə 175 nömrəli orta məktəbi bitirmişəm. 2008-ci ildə Azərbaycan dövlət rəssamlıq akademiyasına daxil olmuş, 2012-ci ildə isə oranı bitirmişəm. 2014-cü ildə həmən ali məktəbin keramika üzrə dekorativ tətbiqi sənət fakültəsinin magistr pilləsini bitirmişəm. Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvüyəm.

Rəssamlıq mənim üçün minlərlə sahələr arasında özümü ifadə etmək üçün seçdiyim yoldur. Bu yolu isə daxilimdən gələn hisslər və istəklərimə tabe olaraq uşaqlıqdan seçmişəm və 12 yaşımda özüm rəssamlıq məktəbinə müraciət edib yazılmişam, sonra həmən yolu davam edib bir gün də belə fikirimdən dönməmişəm.

Akademiyada oxuduğum zamandan bugünədək İçəri şəhərdə şəxsi emalatxanamda rəssam-keramist kimi çalışıram. Bir çox fərdi və qrup sərgilərin iştirakçısıyam. 2017-ci ildən İçəri şəhərdə və Bakının mərkəzi küçələrində fasad divarları üzərində monumental rəsm layihələrinin müəllifiyəm. 2018-ci ildən incəsənət və humanistik təhsil sahəsində fəaliyyət göstərən “YARADAN” yaradıcılıq birliyinin həmtəsisçisiyəm. Bir rəssam kimi mənim nailiyyətim rəsmlərimin insanlarda müxtəlif suallardansa cox hisslər oyadmasıdır və çalışdıqca mənim üzümə açılan yeni imkanlardır. Həm bir qədər fərqli fərdi sərgisi istəyi var, həmdə YARADAN layihəsi çərçivəsində bir neçə maraqlı layihələr planlaşdırılıb.

Mən ümumiyyətlə qiymətləndirməkdən bir qədər uzaq insanam, sadəcə düşünürəm ki, gənclər üçün indi imkanlarla dolu bir vaxtdır. İstedadını, biliyini və bacarıqını inkişaf və tətbiq etmək istəyən gənclər üçün şərait müəyyən qədər yaradılıb və bu prosses davamlı olaraq gedir.

Gənclərə tövsiyəm odur ki, nə olursa olsun gənclər çox sevdiyi işlə məşğul olsunlar, həyatı mübarizə kimi qəbul etməsinlər, yaradıcılığın əzabla doğulan prosses olduğunu yox, sevgiylə doğulduğunu düşünsünlər. Seçdiyi sahədə araşdırmalar aparsınlar, bir birləri ilə yaradıçılıq haqda maraqlı söhbətlər, müzakirələr etsinlər, amma vaxtın cox hissəsini susub çalışmağa sərf etsinlər. Tənbəllik hər bir istedadı öldürməyə qadir olan bir bəladır, təmbəllikdən uzaq olsunlar. Ümumiyyətlə danışmaqdansa çox çalışmaqla məşğul olsunlar.

Həyat boyu bütün çətinliklər öz beynimizdə doğulur və onların əmələ qəlməsi yaxud aradan qaldırılması bacarığı yaş, təcrübə və düşüncələcrimizə görə dəyişir. Məndə hamı kimi müxtəlif mərhələrdə müxtəlif problemlər yaşamışam, amma hər dəfə sevgi hissi mənə yol göstərib, hələ buna görədə gənclərə yalnız sevdikləri işlə məşğul olmasını məsləhət görürəm.

Ölkəmizdə bütün sahələrdə müəyyən inkişaf müşaidə olunur. Bu tendensiya incəsənətdə də öz əksini tapıb. Şəhərimizin mərkəzində binalar üzərində monumental rəsmlərin və street art-ın digər nümünələrinin artıq mövcud olması məni çox sevindirir, hətta şəhərimizin ən birinci divar üzrə monumental rəsminin (İçəri şəhər, Bəylər məsçidinin yanı) müəllifi olduğu üçün çox fəxr edirəm. Görmək istədiyim fərqli fərqli işlərin, üslubların, rənglərin, həm daha akademik rəsmin, həm daha azad, bir qədər öyrəşdiyimiz rəsm stereotipindən kanar olan işlərin şəhərimizi daha da gözəl və maraqlı etməsidir.

Vətənpərvərlik mənim üçün, Vətənin gözəlliyini, təmizliyini hər an sevərək qorumaqdır. Ana dilində fəxrlə danışmaq, musiqisini, ədəbiyyatını, incəsənətini, tarixini sevə sevə gələcək nəsilə ötürmək və dünyaya yaymaqdır.

#NAYORA #GəncliyinYüzSiması #Gəncliyin100Siması #HeçKəsKənardaQalmasın #VüsaləAğarazıyeva