”Azərbaycan Gəncliyinin 100 siması” kampaniyasının yeni siması Leyla Bağırzadə

13 Dekabr 2019

”Azərbaycan Gəncliyinin 100 siması” kampaniyasının yeni siması Leyla Bağırzadə

Mən Leyla Bağırzadə, Azərbaycanda Bakı şəhərində doğulmuşam. 2012-ci ildən Londona köçmüşəm. 2013-cü ildən isə İsveçrədə yaşayıram. 
Orta məktəbi və bakalavr təhsilimi Bakıda ida tamamlamışam. ADİU-da məzunu olaraq, Bank və Maliyyə üzrə təhsil almışam, eyni zamanda investisiya banklarında çalışırdım.

2012-ci ildə LSE-de (Advanced Corporate Finance) qabaqcıl korporativ maliyyə üzre tehsil almişam, magistr proqramımı isə Isveçrədə menecment və iqtisadiyyat sahəsində tamamlamışam. Hal-hazırda  isə blockchain ve dlt üzrə özümü inkişaf etdirirəm.  Bütün gənclərə məsləhətim o olardı ki, özlərini inkişaf ishaf etdirsinler, komfort zonasından çıxmaq çətindir amma xüsüsi istəyim o olardı ki, xarici dil biliklərini inkişaf etdirib, komfort zonalarını tərk edə bilsinlər. Bir şeyi də nəzərdən qaçırmamaq lazımdır ki, qabaqlarına çıxan bütün çətinlikləri ancaq çox  çalışaraq öhdəsindən gələ bilərlər. Cəsarətli  və ambisiyalı olmaq lazımdır  və nəticələrinizi özünüz kəşf edəcəksiniz.
Valideynlərimin mənim üzərimdə böyük  rolu var. Onlar ziyalı insanlardır, başa düşürdülər ki, ən böyük investisiya təhsildir. Onların sayəsində  təhsil aldım, hal-hazırda  isə aldığım təhsil üzrə işləyirəm və cəmiyyətə fayda verməyə çalışıram. Ancaq , yenə də əlavə etmək istəyirəm ki, ailə dəstəyi tək çözüm yolu deyil, öz üstünüzdə işləyərək və ailə dəstəyi ilə birlikdə siz istədiyiniz nəticələri qazana biləcəksiniz.
Son illər Azərbaycanda olan dəyişikləri görmək, hiss etmək istər xaricdən, istərsə də Bakıdan çox asandır . Ən əsas da, sahibkarlıq fəaliyyəti həqiqətən inkişafdadır. 

İnsanlar nəsə iş görmək istəyirlər, innovasiyalara meyillənirlər, bu mənada dövlətlə yaxınlaşmanı aydın görmək olur. Eyni zamanda dövlətimizin də innovasiyalara, sahibkarlığa dəstək vermək istəməsi çox gözəl addımdır. İqtisadi cəhətdən inkişafda isə, xarici investorların payı böyük olacaq. Onlar təkcə ölkəmizə iş görməyə deyil, həmçinin bu cür gözəl mədəniyyəti seyr etmeye gələcəklər. Bu da, təbii ki, iqtisadiyyata təsirsiz ötüşməyəcək. Digər tərəfdən, Azərbaycan, biznes şansları ən böyük olan ölkələr siyahısındadır. Qeyd etdiyim amillər, təbii ki, iqtisadiyyatın inkişafina təkan verəcək. Öncədən də qeyd etdiyim kimi, blockchain üzrə ixtisaslaşdığım üçün, Bakı e-ticarət forumuna dəvət aldım və blockchain və tətbiqi sahələri üzrə çıxış etdim. Yaxın müddətdə ölkədə və müəyyən dövlət strukturlarında bunun tətbiqi gözlənilir. Dövlətlə sinerjimiz davam edəcək.

Layihə haqqında qeyd etmək istərdim ki, çox maraqlı perspektivləri var. Müxtəlif sahələrdə uğur qazanmış azərbaycanlıları digər vətəndaşlara tanıtmaq çox maraqlı və faydalı olduğunu fikirləşirəm. 
İnsanlar xaricə getmək istəsələr də, komfort zonalarını tərk etmək istəsələr də , həmişə ambisiyaları vətən və millət olmalıdır. Faydalı olmaq mənim həmişə motivasiya qaynağım olub ki, qazandığım biliklər, təcrübələrlə Azərbaycana və azərbaycanlılara həmişə faydalı olum.

#NAYORA #GəncliyinYüzSiması #Gəncliyin100Siması #HeçKəsKənardaQalmasın #LeylaBağırzadə