”Beynəlxalq İnformasiya Təhlükəsizliyi” günü

30 Noyabr 2019

”Beynəlxalq İnformasiya Təhlükəsizliyi” günü

1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi (Computer Security Day) Günü elan edib.
Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü artıq 28 ildir ki, dünyada qeyd olunur. 
Təşkilatın bu günü elan etməkdə məqsədi hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək olub.
Kompüterlər, elektron qurğular və ağıllı telefonlar ünsiyyəti daha sürətli, daha rahat və daha səmərəli etməklə həyatımızı asanlaşdırdı. Eyni zamanda, onlar bir çox məxfilik və təhlükəsizlik problemini yaratdılar. Bugün insanlara kompüter təhlükəsizliyinin üstündə durmağı və şəxsi məlumatlarını etibarlı şəkildə təmin etmək üçün addım atmağı xatırladır.

#NAYORA #computersecurityday