”Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransının spiker və təlimçiləri ilə tanış olun!

19 Dekabr 2019

”Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransının spiker və təlimçiləri ilə tanış olun!

20-22 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Təlim Mərkəzində keçiriləcək ”Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransının spikerləri və təlimçiləri ilə tanış olun!

Layihə, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə həyata keçirilir.
✔Layihənin əsas məqsədi NAYORA-ya üzv olan və üzv olmayan gənclər təşkilatları arasında şəbəkənin genişləndirilməsi, təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın, əlaqə şəbəkəsinin inkişaf etdirilməsi və gənclər təşkilatlarının yerli və beynəlxalq donorlarla əməkdaşlığının möhkəmləndirilməsi və layihələrə düzgün müraciət bacarıqlarının inkişaf etdirilməsidir.

#AzGF #GenclerFondu #NAYORA #HədəfimİZ #FəaliyyətimİZ #NəticəmİZ