”Gənclər təşkilatlarının 2020-ci ildə Könüllülük hərəkatının təşkili və həyata keçirilməsində rolu” adlı görüş həyata keçirildi

15 Yanvar 2020

”Gənclər təşkilatlarının 2020-ci ildə Könüllülük hərəkatının təşkili və həyata keçirilməsində rolu” adlı görüş həyata keçirildi

15 yanvar 2020-ci il tarixində Sabunçu Gənclər Evində "Gənclər təşkilatlarının 2020-ci ildə Könüllülük hərəkatının təşkili və həyata keçirilməsində rolu" adlı görüş keçirildi.

Açılışda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova  tədbir iştirakçılarını salamlayaraq Könüllülər ili kimi qeyd olunan 2020-ci ilin ARGTMŞ və digər gənclər təşkilatları üçün könüllülük fəaliyyətinə istiqamətlənmiş daha çox layihələrin həyata keçirilməsinə şərait yaradacağını bildirmişdir. Cənab Prezident İlham Əliyevin dekabrın 30-da imzaladığı “Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam ölkədə könüllülük fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.

Daha sonra ARGTMŞ-nın layihələr üzrə katibi Azər Əliyev çıxış edərək ARGTMŞ-nın Könüllülük ili ilə əlaqədar nəzərdə tutulan gələcək fəaliyyət planını iştirakçıların diqqətinə çatdırmışdır. Dünya Skaut Hərəkatı Təşkilatının Komitə üzvü İlyas İsmayıllı öz Könüllülük təcrübəsini iştirakçılarla bölüşərək, könüllülüyün cəmiyyətə qatdığı töhfə haqqında məlumat vermişdir. İlyas bəy bildirmişdir ki, könüllülük vacib sosial bacarıqları inkişaf etdirərək cəmiyyətimizə qayğı göstərmək və eyni zamanda dəyərli iş təcrübəsi qazanmağın bir yoludur.

Görüşdə bir çox mövzular, o cümlədən ARGTMŞ-nın Könüllülük hərəkatı ilə əlaqədar fəaliyyət planının təqdimatı, gənclər təşkilatlarının 2020-ci ildə Könüllülük hərəkatının təşkili və həyata keçirilməsində rolu və gənclər təşkilatlarının növbəti il üzrə fəaliyyət planlarında prioritet istiqamətləri müzakirə edildi.

Tədbirin sonunda gənclər təşkilatlarının “Könüllülər ili” ilə bağlı təklifləri dinlənilmiş, vörkşop təşkil olunmuşdur. Vörkşopda tədbir iştirakçıları qruplara ayrılaraq “Könüllülər ili” ilə bağlı öz həştaq təkliflərini təqdim etmişdirlər.

 

#NAYORA