”Gənclər təşkilatlarının 2020-ci ildə Könüllülük hərəkatının təşkili və həyata keçirilməsində rolu” adlı görüşü baş tutacaq

11 Yanvar 2020

”Gənclər təşkilatlarının 2020-ci ildə Könüllülük hərəkatının təşkili və həyata keçirilməsində rolu” adlı görüşü baş tutacaq

Hörmətli gənclər təşkilatlarının rəhbərləri!

Sizləri 15 yanvar 2020-ci il tarixində saat 09:00-da Sabunçu Gənclər Evində keçiriləcək"Gənclər təşkilatlarının 2020-ci ildə Könüllülük hərəkatının təşkili və həyata keçirilməsində rolu" adlı görüşə dəvət edirik.

Görüşün müzakirə mövzuları aşağıdakılardır:

1. NAYORA-nın Könüllülük hərəkatı ilə əlaqədar fəaliyyət planının təqdimatı;
2. Gənclər təşkilatlarının 2020-ci ildə Könüllülük hərəkatının təşkili və həyata keçirilməsində rolu;
3. Gənclər təşkilatlarının növbəti il üzrə fəaliyyət planlarında prioritet istiqamətlərinin müzakirəsi.

Cənab Prezident İlham Əliyevin dekabrın 30-da imzaladığı “Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam ölkədə könüllülük fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. 

Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

#NAYORA