”Gənclər Təşkilatlarının Resurs Mərkəzi” nin açılışı baş tutacaq

5 Mart 2020

”Gənclər Təşkilatlarının Resurs Mərkəzi” nin açılışı baş tutacaq

6 Mart 2020-ci il tarixində Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə “Gənclər Təşkilatlarının Resurs Mərkəzi”-nin açılış mərasimi baş tutacaq.
Resurs Mərkəzi gənclər təşkilatlarını, gənclərdən ibarət təşəbbüs qruplarını, fəal gəncləri ofis və texniki avadanlıqlarla təmin etməklə yanaşı, gənclər təşkilatları üçün istər yerli, istərsə də beynəlxalq layihələrə müraciət zamanı təsviri və maliyyə planının və hesabatının düzgün formada hazırlanması və təqdim olunması üçün mühasibat xidmətinin göstərilməsi ilə təmin edəcək.