”Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili” təlim-seminarının 1-ci günü baş tutdu

18 Dekabr 2019

”Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili” təlim-seminarının 1-ci günü baş tutdu

17 Dekabr 2019-cu il tarixində Şəmkir rayonunda "Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili" təlim-seminarının 1-ci günü baş tutdu.

Layihənin məqsədi, İnsan hüquqları və demokratik vətəndaşlıq təhsilinin gənclərlə iş sahəsində tətbiq və inkişaf etdirilməsi, həmçinin Azərbaycanın bölgələrində yaşayan gənclərin bu sahədə bilik və potensialının gücləndirilməsidir.

Təlim-seminarlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Açılışda Şəmkir Rayon İcra hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Şəmkir Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov iştirak etmişdir. 

Şəmkir rayonunda 17-21 dekabr tarixlərini əhatə edəcək layihə 5 gün davam edəcəkdir.

#NAYORA