📢4 avqust 2020-ci il tarixində “İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi” mövzusunda #İctimaiDebat baş tutdu.

5 Avqust 2020

İctimai Debat Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Milli Debat Proqramının təşkilati dəstəyi ilə onlayn formatda həyata keçirildi.
İctimai debatın keçirilməsində məqsəd gəncləri düşmənlə informasiya müharibəsində düzgün məlumatlanmalarının təmin edilməsi, sosial şəbəkələr üzərində düzgün məlumatların paylaşılması istiqamətlərini müzakirə etmək olmuşdur.

İctimai debat Kərim Kərimovun və Seyidməmməd Məmmədovun təqdimatında keçirilmişdir. Həmçinin NAYORA-nın sədri Məryəm Məcidova da mövzu ilə bağlı öz fikirlərini bölüşmüşdür.

Qeyd edək ki, ictimai debatlar növbəti həftələrdə fərqli mövzularda keçiriləcəkdir. 

#NAYORA #DVC #DVC20 #AzDebate #ATGTI #gənclər #bizbirlikdəgüclüyük