"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin ♂️♀️️"Gender Bərabərliyi" Komitəsinə seçilmiş üzvləri ilə görüş keçirilmişdir.

1 Avqust 2020

"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin ♂️♀️️"Gender Bərabərliyi" Komitəsinə seçilmiş üzvləri ilə görüş keçirilmişdir.

24 iyul 2020-ci il tarixində🔸️UNICEF Azərbaycanın texniki dəstəyi və 🔹️Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən ➡️"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin Bakı şəhəri Xəzər rayon, Biləsuvar, Qazax, Tovuz və Şəmkir rayonları üzrə Məşvərət Şuralarının ♂️♀️️"Gender Bərabərliyi" Komitəsinə seçilmiş üzvləri ilə görüş keçirilmişdir. Görüş NAYORA-nın sədri Məryəm Məcidovanın təqdimatında baş tutmuşdur. Görüşün keçirilməsində əsas məqsəd ölkəmizdə, xüsusilə regionlarımızda olan gender problemlərini müzakirə etmək və komitə üzvlərinin bununla əlaqədar gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olmuşdur.

#MysGovAz #EU #UNICEF #NAYORA #YouthInclusion #YouthParticipation