"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin "Layiqli Əmək və İqtisadi Artım" Komitəsinə seçilmiş üzvləri ilə görüş keçirilmişdir.

3 Avqust 2020

"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin "Layiqli Əmək və İqtisadi Artım" Komitəsinə seçilmiş üzvləri ilə görüş keçirilmişdir.

24 iyul 2020-ci il tarixində🔸️UNICEF Azərbaycanın texniki dəstəyi və 🔹️Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən ➡️"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin Bakı şəhəri Xəzər rayon, Biləsuvar, Qazax, Tovuz və Şəmkir rayonları üzrə Məşvərət Şuralarının "Layiqli Əmək və İqtisadi Artım" Komitəsinə seçilmiş üzvləri ilə görüş keçirilmişdir. Görüş Dayanıqlı İnkişaf Məqsədləri 8 üzrə gənc səfir Elmir Muxtarovun təqdimatında baş tutmuşdur. Görüşün keçirilməsində əsas məqsəd ölkəmizdə, xüsusilə regionlarımızda olan iqtisadi inkişaf istiqamətlərini, bəzi iqtisadi problemləri müzakirə etmək və komitə üzvlərinin bununla əlaqədar gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olmuşdur.

#MysGovAz #EU #UNICEF #NAYORA #YouthInclusion #YouthParticipation