"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin iştirakçıları ilə birlikdə konsultativ görüş keçirilmişdir.
30 İyun 2020

29 iyun 2020-ci il tarixində UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin iştirakçıları ilə birlikdə konsultativ görüş keçirilmişdir.
👉Baş tutmuş konsultativ görüşün məqsədi layihənin əhatə etdiyi beş rayonun Məşvərət Şurası üzrə könüllü fəaliyyət göstərəcək idarə heyətinə 📌sədr, 📌sədr müavini və 📌komitələr üzrə üzv vakansiyaları və onların bu işlər üzrə öhdəlikləri barədə məlumatlandırmaq olmuşdur.
📢Nəzərinizə çatdırmaq istərdik ki, bu gün hər region üçün nəzərdə tutulmuş könüllü fəaliyyət göstərəcək vakansiyalar üzrə müraciət üçün son gündür.
#MysGovAz #EU #UNICEF #NAYORA #YouthInclusion #YouthStrategy