"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin Məşvərət Şuralarının "Layiqli Əmək və iqtisadi artım" komitəsinin üzvləri üçün 13 avqust 2020-ci il tarixində Sosial sahibkar Sara Rəcəblinin təqdimatında təlim keçirildi.
16 Avqust 2020

🔸️Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 🔹️Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin,🔸️UNICEF Azərbaycanın texniki dəstəyi və 🔹️Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən ➡️"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin 📍Bakı şəhəri Xəzər rayon, 📍Biləsuvar, 📍Qazax, 📍Tovuz və 📍Şəmkir rayonları üzrə Məşvərət Şuralarının "Layiqli Əmək və iqtisadi artım" komitəsinin üzvləri üçün 13 avqust 2020-ci il tarixində Sosial sahibkar Sara Rəcəblinin təqdimatında təlim keçirildi. Təlimin keçirilməsinin əsas məqsədi Azərbaycanda, xüsusilə müvafiq bölgələrdə sosial sahibkarlığın inkişafı, sosial sahibkarlığın istiqamətləri barədə məlumatları iştirakçılara ötürmək olmuşdur.
#MysGovAz #EU #UNICEF #NAYORA #YouthInclusion #YouthParticipation