"COVID-19 dövründə gənclər təşkilatlarının Sosial Mediada rolu" mövzusunda onlayn vebinar baş tutdu.

20 May 2020

"COVID-19 dövründə gənclər təşkilatlarının Sosial Mediada rolu" mövzusunda onlayn vebinar baş tutdu.

18 may 2020-ci il tarixində ADA universitetinin İctimai və Beynəlxalq məsələlər məktəbinin müəllimi Şəfəq Mehrəliyevanın təqdimatında "COVID-19 dövründə gənclər təşkilatlarının Sosial Mediada rolu" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi gənclər təşkilatlarının vasitəçiliyi ilə Sosial Media üzərindən izləyici kütləsinə düzgün informasiyaların çatdırılması üçün istiqamətləndirici və maarifləndirici məlumatlar vermək olmuşdur. Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur.
- İzləyici kütləsinin real məlumatları əldə etməsi üçün hansı üsullardan istifadə etmək lazımdır?
- Xüsusilə COVID-19 zamanı dezinformasiyaların qarşısının alınmasında gənclər təşkilatlarının rolu.

Onlayn vebinarda 40-a yaxın gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-nın katibliyi və könüllüləri iştirak etmişdir. Vebinar ərzində Şəfəq Mehrəliyeva təlim iştirakçıları tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün link: https://bit.ly/2XdEPy5

#NAYORA #OnlineYouthWork #webinar #EvdəMən