"Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forum" keçirilmişdir

10 İyul 2019

"Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forum" keçirilmişdir

Tədbirin məqsədi: Dayanıqlı inkişaf üçün siyasi liderlik, idarəetmə və məsləhətlər üçün bütün maraqlı tərəflərin iştirak edə biləcəyi dinamik və inkluziv bir platforma yaratmaq, eyni zamanda, qaydalı beynəlxalq dialoqun yaradılması və DİM-lər üçün hər kəs tərəfindən razılaşdırılmış fəaliyyət planının təqdimatı üçün əlverişli şərait yaratmaq

Tədbirin formatı və keçirilmə yeri: Forum, Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahı

Təşkilatçı(lar): BMT

İştirakçılar: ARGTMŞ-nın sədri

10-19 İyul 2019-cu il tarixində Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunan Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forum keçilmişdir. Yüksək Səviyyəli Siyasi Forum Birləşmiş Millətlər Təşkilatının 2030 Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi yönündə BMT-nin üzv ölkələri və ixtisaslaşdırılmış təşkilatları arasında inkluziv və effektiv dialoq üçün inkluziv platforma təmin edir. Forumun əsas məqsədi dayanıqlı inkişaf üçün siyasi liderlik, idarəetmə və məsləhətlər üçün bütün maraqlı tərəflərin iştirak edə biləcəyi dinamik və inkluziv bir platforma yaratmaq, eyni zamanda, qaydalı beynəlxalq dialoqun yaradılması və DİM-lər üçün hərkəs tərəfindən razılaşdırılmış fəaliyyət planının təqdimatı üçün əlverişli şərait yaratmaqdır.
Forumda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (@mys.az) maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri Məryəm Məcidova (@maryam_majidova), Azərbaycanın rəsmi nümayəndə heyəti - Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədov, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Hüseyn Hüseynov, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev və bir sıra dövlət rəsmiləri iştirak etmişdir.
Forumda çıxış edən NAYORA-nın Sədri Məryəm Məcidova Dayanıqlı İnkişaf Məqsədləri fonunda “heç kəs kənarda qalmasın” prinsipini rəhbər tutaraq, hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək, həm dünya, eləcə də, Azərbaycanda qeyri-formal təhsilin inkişaf etdirilməsi üçün geniş imkanlar yaratmaq və bu istiqamətdə əsaslı işlərin görülməsi, bərabərsizliklərə qarşı səylərin səfərbər edilməsi barədə qısa məlumat verib.
15 İyul tarixində Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı uğurla təqdim olunub və iştirakçı ölkələrin, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.

#NAYORA #SDGs #GlobalGoals #HLPF