"Gənclər təşkilatlarında təşkilati mədəniyyətin əhəmiyyəti" mövzusunda onlayn vebinar baş tutmuşdur.

22 May 2020

"Gənclər təşkilatlarında təşkilati mədəniyyətin əhəmiyyəti" mövzusunda onlayn vebinar baş tutmuşdur.

20 may 2020-ci il tarixində ADA universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsində Dövlət idarəçiliyi üzrə baş müəllim dr. Vener Qarayevin təqdimatında "Gənclər təşkilatlarında təşkilati mədəniyyətin əhəmiyyəti" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi gənclər təşkilatlarında təşkilati əhəmiyyəti vacibliyi barədə gənclər təşkilatları nümayəndələrini maarifləndirmək olmuşdur. 
Onlayn vebinarda gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-nın katibliyi və könüllüləri olmaqla 50-yə yaxın iştirakçı iştirak etmişdir. Vebinar ərzində Vener Qarayev təlim iştirakçıları tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

#NAYORA #OnlineYouthWork #EvdəQal #webinar