"Gənclər təşkilatlarının üzvlərinin texniki bacarıqlarının inkişafı" haqqında onlayn vebinar baş tutdu.

4 May 2020

"Gənclər təşkilatlarının üzvlərinin texniki bacarıqlarının inkişafı" haqqında onlayn vebinar baş tutdu.

4 may 2020-ci il tarixində "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəylinin təqdimatında "Gənclər təşkilatlarının üzvlərinin texniki bacarıqlarının inkişafı" haqqında onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi gənclər təşkilatlarının nümayəndələrinin daha peşəkar texniki bacarıqlara yiyələnməsi üçün faydalı bilgilər vermək olmuşdur. Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur.
- Düzgün və professional email yazmaq qaydaları;
- Təşkilat daxilində email üzərindən ünsiyyətin qurulması;
- Təqdimat bacarıqlarının inkişafı üsulları;
- Təqdimatın hazırlanması üçün platformalar və s.
Onlayn vebinarda gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-nın katibliyi və könüllüləri iştirak etmişdir. Vebinar ərzində Murad Ağabəyli təşkilat nümayəndələri tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün link: https://bit.ly/2KWUUCy 

#NAYORA #OnlineYouthWork #EvdəQal #webinar