"Post-pandemiya dövründə əmək bazarında gənclər üçün peşə təhsilinə cəlb olunmaq üçün yeni imkanlar və yanaşmalar" mövzusunda onlayn vebinar baş tutdu.

21 İyun 2020

"Post-pandemiya dövründə əmək bazarında gənclər üçün peşə təhsilinə cəlb olunmaq üçün yeni imkanlar və yanaşmalar" mövzusunda onlayn vebinar baş tutdu.

20 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun Müdiri Cəsarət Valehovun təqdimatında "Post-pandemiya dövründə əmək bazarında gənclər üçün peşə təhsilinə cəlb olunmaq üçün yeni imkanlar və yanaşmalar" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi post-pandemiya dövründə təhsilin aparılması istiqamətlərindən, eləcə də peşə təhsilinin xüsusiyyətləri barəsində vebinar iştirakçılarına maarifləndirici məlumatlar vermək olmuşdur. 
Vebinarda aşağıda qeyd olunan mövzulara xüsusilə toxunulmuşdur:
- Azərbaycanda gənclərin peşə təhsilinə maraqları;
- Peşə təhsilinin təhsilin digər növlərindən fərqi;
- Peşə təhsilinin uğurlu karyerada rolu;
- Pandemiya dövründə onlayn formatda aparılan təhsilin özəllikləri;
- QHT-lərin gənclərin əmək bazarında peşə təhsilinə cəlb edilməsində rolu.
Onlayn vebinarda gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-nın katibliyi və könüllüləri olmaqla 60-a yaxın iştirakçı iştirak etmişdir. Vebinar ərzində Cəsarət Valehov təlim iştirakçıları tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün link: https://youtu.be/IESFHoMJXos 

#NAYORA #OnlineYouthWork #EvdəQal #webinar