"Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyinın fəaliyyətinin 11 ili tamam olur
22 Yanvar 2021

NAYORA-ya üzv təşkilat "Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyinın fəaliyyətinin 11 ili tamam olur.
NAYORA komandası olaraq təşkilatı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
Birliyin hədəf qrupu uşaq, yeniyetmə və gəncləri, 0-29 yaş kateqoriyasına aid üzvləri əhatə edir. Birliyin strategiyası uşaq və gənclərin fiziki, həmçinin mənəvi sağlam inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə, sosial rifahlarının yaxşılaşdırılması naminə bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasına xidmət edir. Birlik 22.01.2010-cu ildə təsis edilmişdir.