11 oktyabr 2019-cu il saat 14:00-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI Hesabat-Seçki Qurultayı

2 Oktyabr 2019

11 oktyabr 2019-cu il saat 14:00-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI Hesabat-Seçki Qurultayı

Hörmətli ARGTMŞ üzv gənclər təşkilatlarının rəhbərləri və nümayəndələrinin nəzərinə!

Azərbaycan Respublikasının 130 gənclər təşkilatını birləşdirən, minlərlə gənci təmsil edən vahid gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Əsasnaməsinin müddəaları rəhbər tutularaq və 1 oktyabr 2019-cu il tarixində keçirilən ARGTMŞ-nın XVI Qurultayın Təşkilat Komitəsinin üzvlərinin qərarına əsasən 11 oktyabr 2019-cu il saat 14:00-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI Hesabat-Seçki Qurultayının keçirilməsi elan olunur.

Ətraflı məlumat və qeydiyyat üçün link: https://bit.ly/2ox4ape

Qeyd edək ki, tədbirdə iştirakınızı təsdiq etmək məqsədi ilə 9 oktyabr saat 18:00-a qədər yuxarıda qeyd olunan qeydiyyat formasını doldurmağınız xahiş olunur.

#NAYORA #GənclərTəşkilatları #YouthOrganizations