12 Avqust - “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

8 Avqust 2019

12 Avqust - “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

Tədbirin məqsədi: 4-cü Dayanıqlı İnkişaf Məqsədi olan “Keyfiyyətli Təhsil”in təbliği və inkişafı

Tədbirin formatı və keçirilmə yeri: Təlim, Globus Center 8-ci mərtəbə, Bakı şəhəri

Təşkilatçı(lar): ARGTMŞ

İştirakçılar: ARGTMŞ-yə üzv olan və üzv olmayan gənclər təşkilatlarının nümayəndələri


8 Avqust 2019-cu il tarixində saat 16:30-da Azərbaycan Respublikasının Gənclər Fondunun @youthfundaz maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin @mys.az tərəfdaşlığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən “Globus Center”də 12 Avqust “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbiri keçirilmişdir.
2019-cu il Beynəlxalq Gənclər Gününün konsepti “Təhsildə Transformasiya”-dır (IYD2019 “Transforming Education”). Tədbir BMT-nin 2030 Gündəliyinə uyğun olaraq hazırlanmış və 4-cü Dayanıqlı İnkişaf Məqsədi olan “Keyfiyyətli Təhsil”in təbliği və inkişafına həsr olunmuşdur. 2019-cu il Beynəlxalq Gənclər Günü keyfiyyətli təhsili təmin etmək və inklüziv cəmiyyətlərdə gənclərin rolunu artırmaq üçün cari bilik və təcrübələrin vurğulanmasına həsr olunub.
Tədbirdə ilk öncə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova (@maryam_majidova ) tədbirdə iştirak edən hər kəsi salamlayaraq, gəncləri Beynəlxalq Gənclər Günü münasibətilə təbrik etmişdir.
Rəsmi çıxışlarla başlayan tədbirdə, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov (Farid Jafarov), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, UNİCEF-in rəsmi nümayəndəliyinin rəhbəri Edvard Karvandin (Edward Carwardine) çıxış etmişlər. Dövlət rəsmilərinin çıxışlarından sonra İnsan və Mühit təşkilatının musiqili kompozisiyası təqdim olunmuşdur.
Peşələrə həsr olunmuş TEDx çıxışları ilə davam edən tədbirdə səyahətçi, alpinist Baba Ağayev, jurnalist və aktrisa Cəmilə Məmmədli, fotoqraf İradə Qədirova müvafiq olaraq öz sahələrinin sirlərini gənclərlə paylaşmış, onlara motivasiya vermişdir.
Tədbir
#Gənclikritmdir çıxışı altında musiqi kompozisiyasına, müğənni Adil Baxışlının ifası ilə davam etmişdir.
Əyləncə proqramı ilə davam edən tədbirdə gənclərin inklüzliyini artıran oyunlar oynanılıb. Tədbir Dj-in musiqiləri və rəqslərdən sonra yekunlaşmışdır.
#Transformingeducation #IYD2019 #Youth2030 #InternationalYouthDay #MYSAz #AzGF #NAYORA #Az