12 avqust NAYORA komandasına qoşulmuş yeni könüllülərlə tanışlıq görüşü keçirildi.
14 Avqust 2020

12 avqust NAYORA komandasına qoşulmuş yeni könüllülərlə tanışlıq görüşü keçirildi.
Görüşdə 2020-ci ilin "Könüllülər ili" adlandırılması ilə bağlı könüllülərə verilən dəyər, onların gənclər siyasətindəki rolu müzakirə olundu.
Həmçinin könüllülər özlərini təqdim edərək NAYORA-dakı gələcək fəaliyyətləri barədə gözləntilərini bölüşdülər.
NAYORA-nın sədri Məryəm Məcidova da görüşdə iştirak etmiş yeni könüllülərin Beynəlxalq Gənclər gününü təbrik etmiş və onlara uğurlar arzulamışdır.
NAYORA adından bütün könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
#NAYORA #IYD2020 #31DaysOfYouth #Youth4GlobalAction #AzeYouthPolicy