15 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Elektron Xidmətlər və Daxili Nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimlinin təqdimatında "Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının SƏLİS sistemi haqqında" mövzusunda onlayn vebinar baş tutmuşdur.

16 Aprel 2020

15 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Elektron Xidmətlər və Daxili Nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimlinin təqdimatında "Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının SƏLİS sistemi haqqında" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın məqsədi iştirakçılara SƏLİS sistemi barəsində maarifləndirici məlumatlar vermək olmuşdur.
Onlayn vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:
- SƏLİS sistemi nədir və onun üstünlükləri;
- selis.az saytından istifadə qaydaları;
- Müsabiqədə iştirakla bağlı QHT layihələrinin elektron qəbulu;
- Layihələrin onlayn idarəedilməsi və hesabatların qəbulu;

- İnnobank ideya və resurslar xidməti;
- Dövlət orqanları tərəfindən QHT-lərə qrant verilməsinin Şura ilə razılaşdırılması və s.
Onlayn vebinarda gənclər təşkilatlarının nümayəndələri və könüllüləri, ARGTMŞ-nın katibliyi və könüllüləri, o cümlədən, fərdi gənclər də iştirak etmişdir. Vebinarın sonunda Nədimə Rəhimli iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.