17 avqust 2020-ci il tarixində MNTK üzvləri ilə görüş keçirilmişdir.
18 Avqust 2020

17 avqust tarixində Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) üzvləri ilə görüş keçirilmişdir.
Onlayn formatda baş tutmuş görüşdə ARGTMŞ-nın sədri Məryəm Məcidova, baş katibi Azər Əliyev iştirak etmişdir.
Görüşdə ilk öncə Azər Əliyev tərəfindən iclasın gündəliyi və ARGTMŞ-nın son altı aylıq fəaliyyət hesabatı təqdim olundu. Daha sonra ARGTMŞ-nın sədri Məryəm Məcidova MNTK üzvlərini salamlayaraq Mart-Avqust 2020-ci il müddətində həyata keçirilmiş fəaliyyətlərin maliyyə hesabatını təqdim etdi.
Görüşün sonunda MNTK üzvlərinin təklif və rəyləri dinlənildi, növbəti aylar ərzində baş tutacaq layihələr və fəaliyyətlər müzakirə olundu.
#NAYORA #AzeYouthPolicy #YouthStrategy