17 avqust tarixində ARGTMŞ nümayəndələri ilə üzv təşkilatların idarə heyəti arasında onlayn görüş keçirilmişdir

17 Avqust 2020

17 avqust tarixində ARGTMŞ nümayəndələri ilə üzv təşkilatların idarə heyəti arasında onlayn görüş keçirilmişdir

17 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və baş katib Azər Əliyevin iştirakı ilə ARGTMŞ-nın İdarə heyəti ilə onlayn formatda görüş keçirilmişdir.

Görüşün keçirilməsində əsas məqsəd ARGTMŞ-nın son 6 ay üçün fəaliyyət hesabatının təqdimatı və gələcək layihələrin müzakirəsi olmuşdur.

Bununla yanaşı, gənclər təşkilatlarının onlayn fəaliyyətinin stimullaşdırılması və səmərliliyinin daha da artırılması ilə bağlı İdarə heyəti üzvləri və ARGTMŞ nümayəndələri arasında fikir mübadiləsi aparılmış və təkliflər səsləndirilmişdir.

Görüş iştirakçılar tərəfindən növbəti ayda baş tutması planlaşdırılan Məclisin keçirilmə tarixinin qərarlaşdırılması ilə yekunlaşmışdır.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy