18- 19 aprel 2020-ci il tarixində “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin 📍Biləsuvar, 📍Şəmkir, 📍Tovuz, 📍Qazax və 📍Xəzər rayonlarından seçilmiş üzvləri üçün onlayn platforma üzərindən təlimlər keçirildi.

20 Aprel 2020

18- 19 aprel 2020-ci il tarixində “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin 📍Biləsuvar, 📍Şəmkir, 📍Tovuz, 📍Qazax və 📍Xəzər rayonlarından seçilmiş üzvləri üçün onlayn platforma üzərindən təlimlər keçirildi.

🗓18- 19 aprel 2020-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin 📍Biləsuvar, 📍Şəmkir, 📍Tovuz, 📍Qazax və 📍Xəzər rayonlarından seçilmiş üzvləri üçün onlayn platforma üzərindən təlimlər keçirildi. Təlimlər İlkin Əliyevin təqdimatında ▶️"Effektiv nəticənin əldə olunmasında peşəkar sorğunun rolu" və Rüfət Mirfeyzullazadənin təqdimatında ▶️"Məşvərət Şurası üzvlərinin texniki bacarıqlarının inkişafı" mövzularında keçirilmişdir. Baş tutmuş təlimlərdə  
- Texniki bacarıqların inkişafı; 
- Düzgün CV hazırlamaq qaydaları;
 -Düzgün Email yazmaq qaydaları;
- Təqdimat hazırlanması, platformaları;
- Peşəkar sorğuların aparılma qaydaları və platformaları və s. mövzulara toxunulmuşdur.

Baş tutmuş təlimlərdə hər rayondan 20 nəfər üzv olmaqla ümumilikdə 100 nəfər iştirak etmişdir.

#NAYORA #UNICEF #MYS #EU #YouthParticipation #YouthInclusion