18 mart 2020-ci il tarixində ARGTMŞ-ya üzv olan gənclər təşkilatları ilə onlayn görüş baş tutmuşdur.

18 Mart 2020

18 mart 2020-ci il tarixində ARGTMŞ-ya üzv olan gənclər təşkilatları ilə onlayn görüş baş tutmuşdur.

18 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatları ilə onlayn görüş baş tutmuşdur.
Onlayn görüşün məqsədi koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması ilə bağlı dövlətimizin keçirdiyi tədbirlərə gənclər təşkilatlarının verə biləcəyi töhfəni, gənclərin vaxtlarının daha səmərəli keçirməsi, habelə sosial izolyasiya tədbirləri fonunda təxirə salınan layihələrin bir qisminin onlayn rejimdə həyata keçirilməsi imkanlarını müzakirə etməkdir.
Keçirilən onlayn görüşdə ARGTMŞ-ya üzv təşkilatlar tərəfindən gənclər təşkilatlarının iştirakı ilə vahid onlayn kampaniyanın başladılması, cari və növbəti ay üçün həyata keçirilməsi planlaşdırılan təlimlərin və tədbirlərin onlayn platformalar üzərindən reallaşdırılması və gənclərin video təlimlər vasitəsilə maarifləndirilməsi təklif edilmişdir.
Görüşdə ARGTMŞ-ya üzv olan “Avropa Gənclər Parlamenti-Azərbaycan” İctimai Birliyi, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı” İctimai Birliyi, “Cavan Gənclər Hərəkatı” İctimai Birliyi, “Gəncliyə Dəstək” İctimai Birliyi, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyi, “Sağlam Düşüncə Gənclər Təşkilatı” İctimai Birliyi ,“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin idarə heyəti üzvləri iştirak etmişdir