19 aprel 2020-ci il tarixində Azərbaycan Gənclər Fondunda Gənclərlə İş Şöbəsinin müdiri Orxan Ərəbovun təqdimatında "Azərbaycan Gənclər Fonduna Gənclər təşkilatlarının üzvlərinin fərdi layihələrə müraciət qaydaları" mövzusunda onlayn vebinar baş tutmuşdur.

21 Aprel 2020

19 aprel 2020-ci il tarixində Azərbaycan Gənclər Fondunda Gənclərlə İş Şöbəsinin müdiri Orxan Ərəbovun təqdimatında "Azərbaycan Gənclər Fonduna Gənclər təşkilatlarının üzvlərinin fərdi layihələrə müraciət qaydaları" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsində məqsəd Gənclər Təşkilatları üzvlərinin fərdi layihələrə müraciətlə bağlı suallarını cavablandırmaq və bu mövzuda ətraflı məlumatlar vermək olmuşdur.
Onlayn vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:
- Azərbaycan Gənclər Fondunda layihələrin yazılması üsulları;
- Azərbaycan Gənclər Fondunun həyata keçirdiyi "İdeyanı reallaşdır" layihəsi - "GəncApp" proqramından istifadə qaydaları və s.
Onlayn vebinarda gənclər təşkilatlarının nümayəndələri və könüllüləri, ARGTMŞ-nın katibliyi və könüllüləri, o cümlədən, fərdi gənclər də iştirak etmişdir. Vebinar ərzində Orxan iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün link: https://youtu.be/e-ff_76vbqE