21 aprel 2020-ci il tarixində Dünya Skaut Hərəkatı Təşkilatının Komitə üzvü İlyas İsmayıllının təqdimatında "Gənclər təşkilatlarının rəhbərliyi üçün idarəçilik bacarıqları" haqqında onlayn vebinar baş tutmuşdur.

24 Aprel 2020

21 aprel 2020-ci il tarixində Dünya Skaut Hərəkatı Təşkilatının Komitə üzvü İlyas İsmayıllının təqdimatında "Gənclər təşkilatlarının rəhbərliyi üçün idarəçilik bacarıqları" haqqında onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi təşkilat rəhbərliyi üçün idarəçilik, kommunikasiya, əməkdaşlıq bacarıqlarının aşılanmasında istiqamətləndirici məlumatlar vermək olmuşdur. Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:
- QHT standartları;
- Qlobal Dəstək Qiymətləndirmə Aləti(GSAT);
- İnstitusional tələblər;
- Davamlı inkişaf;
- PR və kommunikasiya və s.
Onlayn vebinarda gənclər təşkilatlarının nümayəndələri və könüllüləri, ARGTMŞ-nın katibliyi və könüllüləri, o cümlədən, fərdi gənclər də iştirak etmişdir. Vebinar ərzində İlyas İsmayıllı iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

#NAYORA #OnlineYouthWork #EvdəQal #webinar