22 may 2020-ci il tarixində "Böhran vəziyyətində idarəetmə" mövzusunda onlayn vebinar baş tutmuşdur.

23 May 2020

22 may 2020-ci il tarixində "Böhran vəziyyətində idarəetmə" mövzusunda onlayn vebinar baş tutmuşdur.

22 may 2020-ci il tarixində BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezident Bəxtiyar Aslanbəylinin təqdimatında "Böhran vəziyyətində idarəetmə" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi  böhran vəziyyətində davranış qaydaları və idarəetmə bacarıqları barədə gənclər təşkilatları nümayəndələrini maarifləndirmək olmuşdur. Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur.
- Böhran vəziyyəti nə zaman yaranır;
- Böhran vəziyyətində necə davranmalı;
- Böhran vəziyyətindən sonra çıxarılan nəticə.
Onlayn vebinarda gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-nın katibliyi və könüllüləri olmaqla 40-a yaxın iştirakçı iştirak etmişdir. Vebinar ərzində Bəxtiyar Aslanbəyli təlim iştirakçıları tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün link:

https://youtu.be/ZOzOb7gxJf4

#NAYORA #OnlineYouthWork #EvdəQal #webinar