24-25-26 aprel 2020-ci il tarixlərində “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin üzvləri üçün onlayn platforma üzərindən təlimlər keçirildi.

27 Aprel 2020

24-25-26 aprel 2020-ci il tarixlərində “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin üzvləri üçün onlayn platforma üzərindən təlimlər keçirildi.

🗓24-25-26 aprel 2020-ci il tarixlərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin 📍Biləsuvar, 📍Şəmkir, 📍Tovuz, 📍Qazax və 📍Bakı şəhəri Xəzər rayonlarından olan üzvləri üçün onlayn platforma üzərindən təlimlər keçirildi. Təlimlər həkim psixiatr, biznes-konsultant Həlimə Qəmərlinskayanın təqdimatında ▶️"Stresli vəziyyətlərin idarə olunması" və "Hajizade Group" şirkətinin təsisçisi və rəhbəri Əli Hacızadənin təqdimatında ▶️"Sosial Media və şəbəkələrin gücü ilə hədəf auditoriyamıza necə çata bilərik?" mövzularında keçirilmişdir. Baş tutmuş təlimlərdə:
- Sosial şəbəkələrdən düzgün istifadə qaydaları;
- Sosial şəbəkələrdə izləyici kütləsinin cəlb olunması;
- Stresli hallarda davranış qaydaları;
- Stresin yaratdığı çətinliklər və s. mövzulara toxunulmuşdur.

Qeyd edək ki, keçirilmiş təlimlərdə hər rayondan 20 nəfər üzv olmaqla ümumilikdə 100 nəfər iştirak etmişdir.


#NAYORA #UNICEF #MYS #EU #YouthParticipation #YouthInclusion