24 aprel 2020-ci il tarixində ARGTMŞ-nın Üzv təşkilatlarla iş üzrə katibi Fatimə Vəliyevanın təqdimatında "Üzv təşkilatların xəbər və elanlarının ARGTMŞ-nın veb saytında yerləşdirilmə qaydaları" haqqında onlayn vebinar baş tutmuşdur.
25 Aprel 2020

24 aprel 2020-ci il tarixində ARGTMŞ-nın Üzv təşkilatlarla iş üzrə katibi Fatimə Vəliyevanın təqdimatında "Üzv təşkilatların xəbər və elanlarının ARGTMŞ-nın veb saytında yerləşdirilmə qaydaları" haqqında onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi ARGTMŞ-na üzv olan gənclər təşkilatlarının xəbər, elan və layihələrinin saytda düzgün və sərbəst şəkildə yerləşdirilməsi qaydalarını təşkilatın rəhbər və nümayəndələrinə izah etmək olmuşdur. Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur.
- ARGTMŞ-nın veb saytının bölmələri;
- Üzv təşkilatların sayta giriş qaydası;
- Fəaliyyət təqvimi və s.
Onlayn vebinarda gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-nın katibliyi və könüllüləri iştirak etmişdir. Vebinar ərzində Fatimə Vəliyeva təşkilat nümayəndələri tərəfindən ona ünvanlanan sualları cavablandırıb.
Vebinarı izləmək üçün link:
https://bit.ly/3azHoPD
#NAYORA #OnlineYouthWork #EvdəQal #webinar