29 iyul 2020-ci il tarixində "Gənclər Təşkilatları tərəfindən gənclərlə iş zamanı qeyri-formal üsulların təşviqi" mövzusunda onlayn vebinar baş tutmuşdur.

31 İyul 2020

29 iyul 2020-ci il tarixində "Gənclər Təşkilatları tərəfindən gənclərlə iş zamanı qeyri-formal üsulların təşviqi" mövzusunda onlayn vebinar baş tutmuşdur.

29 iyul 2020-ci il tarixində "İnklüziv Rəqs şirkəti"nin direktoru Nigar Sultanova və həmin şirkətin bədii rəhbəri Nigar İbrahimbəylinin təqdimatında "Gənclər Təşkilatları tərəfindən gənclərlə iş zamanı qeyri-formal üsulların təşviqi" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi gənclər təşkilatlarının fəaliyyətində qeyri-formal üsulların düzgün təşviqi barəsində maarifləndirici məlumatlar vermək olmuşdur. 

Onlayn vebinarda gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-nın katibliyi və könüllüləri olmaqla 40-a yaxın iştirakçı iştirak etmişdir. Vebinar ərzində spikerlər təlim iştirakçıları tərəfindən onlara ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün link: https://bit.ly/313gk8S

#NAYORA #OnlineYouthWork #EvdəQal #webinar