300-dək gəncə ideyalarını reallaşdırmaq üçün “İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində dəstək göstəriləcək

7 Fevral 2021

300-dək gəncə ideyalarını reallaşdırmaq üçün “İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində dəstək göstəriləcək

300-dək gəncə ideyalarını reallaşdırmaq üçün “İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində dəstək göstəriləcək✅🤩

Azərbaycan Gənclər Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Naizirliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində ilk layihəyə - “Biznesini Yarat Marafonu”na start verilir📝✨

Layihənin məqsədi işsiz və işaxtaran gənclərin biznes ideyalarını reallaşdırmalarına, məşğulluq imkanlarına yiyələnmələrinə, o cümlədən özünüməşğulluq proqramı vasitəsilə dəstək olmaqdır.

📌Marafona qoşulmaq üçün 18-29 yaş kateqoriyasındakı gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (https://genc.az/) və ya 📲 Gəncapp mobil tətbiqində yerləşdirməlidir. Bu ideyalar “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndirildikdən sonra biznes ideyası uyğun hesab edilən gənclər təlimə cəlb ediləcək.

Təlimi uğurla başa vuran 300-dək gəncə ideyalarını reallaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və Gənclər Fondunun “İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində dəstək göstəriləcək🙌🏽

✅Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.

📌Video müraciətlərin qəbulu prosesi 🗓3 fevral tarixindən etibarən başlamaqla, 1 mart 2021-ci il tarixədək davam edəcək🤩

Gənclər təşkilatlarının nümayəndələrini bu fürsətdən yararlanmağa dəvət edirik.