31 avqust 2020-ci il tarixində “Pandemiya şəraitində təhsil: yeni imkanlar və çətinliklər” mövzusunda ictimai debat baş tutmuşdur.

1 Sentyabr 2020

31 avqust 2020-ci il tarixində “Pandemiya şəraitində təhsil: yeni imkanlar və çətinliklər” mövzusunda ictimai debat baş tutmuşdur.

Növbəti ictimai debatımız 31 avqust 2020-ci il tarixində “Pandemiya şəraitində təhsil: yeni imkanlar və çətinliklər” mövzusunda baş tutmuşdur.  


İctimai debatın keçirilməsində  əsas məqsəd pandemiyanın insanların təhsil həyatına təsirlərini müzakirə etmək olmuşdur.
Mövzu ilə bağlı spiker qismində çıxış edən Lamiə Əhmədzadə, Ceyhun Şahbazlı ilə yanaşı ARMTŞ-nin sədri Məryəm Məcidova, ATGT-nin sədri Faiq Məmmədov, NAYORA-nın baş katibi Azər Əliyev də öz fikirlərini bölüşdülər.


Debat zamanı onlayn təhsilin müsbət və mənfi cəhətləri, karantin şəraitində onlayn təhsil formsının şagird və tələbələrin akademik göstəricilərinə hansı şəkildə təsir etməsi müzakirə olundu.


Sonda isə iştirakçılara öz fikirlərini bildirmək üçün söz verilmişdir.

#NAYORA #DVC #DVC20 #AzDebate #ATGTİ #Gənclər #BizBirlikdəGüclüyük