31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
31 Dekabr 2020

31 dekabr -Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
Həmrəylik günü Azərbaycan xalqının milli birliyini, doğma vətənə məhəbbəti, köklü mənəvi dəyərlərimizə hörməti, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Bugün 2-ci Qarabağ müharibəsi zamanı, müzəffər Ali Baş Komandanın və rəşadətli ordumuzun qazanmış olduğu tarixi zəfər də Həmrəylik Gününün dərin iz buraxan simvoluna çevrilmişdir.
Bütün Azərbaycan xalqının Dünya Həmrəylik Günü mübarək olsun!