5 oktyabr - da ATGTİ ofisində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan 4 gənclər təşkilatlarının rəhbərləri arasında sonuncu panel iclası baş tutmuşdur.

5 Oktyabr 2019

5 oktyabr - da ATGTİ ofisində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan 4 gənclər təşkilatlarının rəhbərləri arasında sonuncu panel iclası baş tutmuşdur.

5 oktyabr saat 11:00-da ATGTİ ofisində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan 4 gənclər təşkilatlarının rəhbərləri arasında sonuncu panel iclası baş tutmuşdur. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr üzrə katibi Günel Salayevanın moderatorluğu ilə keçirilən panel iclasında "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov, "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyinin sədri Aydın Əbilov, "Üfüq" Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Nail Şükürov", Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev reqlamentə uyğun olaraq verilmiş 15 dəqiqəlik vaxt ərzində öz çxışlarını həyata keçiriblər. Görüşdə müxtəlif universitetlərin fəal tələbələri, gənclər təşkilatlarının nümayəndələri və bir sıra aktiv fəaliyyət göstərən gənclər iştirak etmişdir.
Panel iclasının yekununda, gənclər təşkilatlarının rəhbərləri ilə gənclər arasında müzakirələr formatında müasir dövrün mühüm mövzuları müzakirə olunmuşdur.

#NAYORA #Paneliclası #GənclərTəşkilatları