5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Komitə üzvləri ilə onlayn görüş keçirildi.

17 Avqust 2020

5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Komitə üzvləri ilə onlayn görüş keçirildi.

18 avqust 2020-ci il tarixində ARGTMŞ nümayəndələri ilə "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi çərçivəsində Gənclərin Məşvərət Şuralarının üzvləri arasında onlayn formatda görüş keçirilmişdir.

Görüşün keçirilməsində əsas məqsəd hal-hazırda onlayn şəkildə aparılan “İcmalarda sosial yönümlü layihələrin icrasında gənclərin iştirakçılığının təşviq edilməsi” sorğusunun müzakirəsi və fəaliyyətin təşkil effektiv təşkil edilməsi idi.

ARGMTŞ-nın sədri Məryəm Məcidova sorğunun keyfiyyət və kəmiyyət səviyyəsinin artırılması, daha çox gəncin sorğuda iştiraka cəlb olunması üçün öz tövsiyyələrini vermiş, eyni zamanda iştirakçıların fikir və təklifləri dinlənilmişdir. Sorğuda iştirak edəcək gənclərin sayının artırılması üçün Şura üzvlərinin müvafiq rayonlarda karantin rejimi şərtlərinə əməl edərək növbəti günlərdə oflayn sorğu keçirmələri irəli sürülmüşdür.

Sonda isə oflayn formada keçirilməsi planlaşdırılan sorğunun keçirilmə qaydalarının iştirakçılar tərəfindən müəyyənləşdirilməsi ilə görüş başa çatmişdir.

Qeyd edək ki, Gənclərin Məşvərət Şuralarının üzvləri tərəfindən müvafiq rayonların gəncləri arasında "İcmalarda sosial yönümlü layihələrin icrasında gənclərin iştirakçılığının təşviq edilməsi" sorğusu 🔸Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 🔹Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin,🔸UNICEF Azərbaycanın texniki dəstəyi və 🔹Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən ➡️"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi çərçivəsində həyata keçirilir.

#MysGovAz #EU #UNICEF #NAYORA #YouthInclusion #YouthParticipation