ADA universitetinin prorektoru Fariz İsmayılzadənin təqdimatında "COVID 19: Ənənəvi təhsilin rəqəmsal transformasiyasının gənclərin iştirakçılığına təsirləri" mövzusunda onlayn vebinar baş tutmuşdur.

9 İyul 2020

ADA universitetinin prorektoru Fariz İsmayılzadənin təqdimatında "COVID 19: Ənənəvi təhsilin rəqəmsal transformasiyasının gənclərin iştirakçılığına təsirləri" mövzusunda onlayn vebinar baş tutmuşdur.

7 iyul 2020-ci il tarixində ADA universitetinin prorektoru Fariz İsmayılzadənin təqdimatında "COVID 19: Ənənəvi təhsilin rəqəmsal transformasiyasının gənclərin iştirakçılığına təsirləri" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi gənclər təşkilatlarının nümayəndələrinə ənənəvi təhsil və rəqəmsal təhsilin fərqli xüsusiyyətləri barəsində maarifləndirici məlumatlar vermək olmuşdur. 
Vebinarda aşağıda qeyd olunan mövzulara xüsusilə toxunulmuşdur:
- Rəqəmsal təhsil gənclərə hansı üstünlükləri verir?
- COVID19 müddətində təhsilin menecmenti;
- COVID19 müddətində gənclərin onlayn olaraq yararlana biləcəyi imkanlar.
Onlayn vebinarda gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-nın katibliyi və könüllüləri olmaqla 50-ə yaxın iştirakçı iştirak etmişdir. Vebinar ərzində Fariz İsmayılzadə təlim iştirakçıları tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün link: https://bit.ly/3edmDuU
#NAYORA #OnlineYouthWork #EvdəQal #webinar