AIESEC Azərbaycanın Marketinq üzrə sədr müavini Fidan Əhmədlinin təqdimatında "Gənclər Təşkilatlarında SMM işinin təşkili" mövzusunda onlayn vebinar baş tutdu.

25 Mart 2020

AIESEC Azərbaycanın Marketinq üzrə sədr müavini Fidan Əhmədlinin təqdimatında "Gənclər Təşkilatlarında SMM işinin təşkili" mövzusunda onlayn vebinar baş tutdu.

25 mart 2020-ci il tarixində AIESEC Azərbaycanın Marketinq üzrə sədr müavini  Fidan Əhmədlinin təqdimatında "Gənclər Təşkilatlarında SMM işinin təşkili" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın əsas məqsədi gəncləri Gənclər Təşkilatlarında SMM işinin təşkili barəsində məlumatlandırmaq olmuşdur. Fidan Əhmədli, həmçinin onlayn vebinarda aşağıdakı mövzulara da toxunmuşdur:
▶Sosial Media Marketinq hədəflərə çatmaqda necə kömək edir? ;
▶Sosial şəbəkələrdə kontentin hazırlanması;
▶Sosial şəbəkə platformalarında izləyici kütləsinin cəlb olunması;
▶"Instagram" , "Facebook" kimi sosial şəbəkələrdə paylaşımların günün hansı hissəsində daha çox izləyici üçün əlçatan olması;
▶SMM işinin təşkilinin öyrənilməsi üçün onlayn mənbələr və s.
 Vebinarın sonunda Fidan Əhmədli iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablayıb.

Təqdimata baxmaq üçün link: https://bit.ly/39hPOuy

 

#NAYORA #evdəmən #webinar