ARGTMŞ-na üzv olan gənclər təşkilatları üçün nlayn konsultativ görüş təşkil edildi.

16 May 2020

ARGTMŞ-na üzv olan gənclər təşkilatları üçün nlayn konsultativ görüş təşkil edildi.

15 may 2020-ci il tarixində ARGTMŞ-na üzv olan gənclər təşkilatları üçün Avropa Gənclər Fondunun Beynəlxalq layihələr üçün Qrant və Visegrad+ Fonduna Qrant müsabiqəsi çərçivəsində müraciətinə dəstək olmaq məqsədilə onlayn konsultativ görüş təşkil edildi. Konsultativ görüşdə Avropa Gənclər Parlamenti - Azərbaycan İctimai Birliyi (EYP), Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi (AEGEE), Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası İctimai Birliyi (AYAFE), Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyi (AGAT), Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi, Cavan Gənclər Hərəkatı İctimai Birliyi, Dan Beynəlmiləlçi Gənclər İctimai Birliyi, Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan İB (ESN), İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyi, İrəli İctimai Birliyi, İşıqlı Gələcək Gənclər İctimai Birliyi, Odlar Yurdu Gənclər İctimai Birliyi, Sağlam Düşüncə Gənclər Təşkilatı İctimai Birliyi, Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyası İctimai Birliyi (AIESEC), Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi təşkilatlarının rəhbər və nümayəndələri iştirak etmişdir.

#NAYORA #EYF #VISEGRAD+  #CoE