ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında "Avropa Gənclər Fondunun qrant müsabiqəsinin təqdimatı" mövzusunda onlayn vebinar baş tutmuşdur.

18 Aprel 2020

ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında "Avropa Gənclər Fondunun qrant müsabiqəsinin təqdimatı" mövzusunda onlayn vebinar baş tutmuşdur.

🗓17 aprel 2020-ci il tarixində ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında "Avropa Gənclər Fondunun qrant müsabiqəsinin təqdimatı" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın məqsədi iştirakçılara Avropa Gənclər Fondunun qrant müsabiqəsi barəsində maarifləndirici məlumatlar vermək olmuşdur.
Onlayn vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:
- Avropa Gənclər Fondu haqqında;
- Avropa Gənclər Fonduna müraciət qaydaları;
- Avropa Gənclər Fondunun qrant müsabiqəsinin şərtləri;
- Avropa Gənclər Fondunun beynəlxalq və pilot layihələri;
- Avropa Gənclər Fondunun üstün tutduğu layihələr və s.
Onlayn vebinarda gənclər təşkilatlarının nümayəndələri və könüllüləri, ARGTMŞ-nın katibliyi və könüllüləri, o cümlədən, fərdi gənclər də iştirak etmişdir. Vebinarın sonunda Azər Əliyev iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün link:

https://bit.ly/34SgUry