ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında "Gənclər Təşkilatlarında Könüllülük" haqqında onlayn vebinar baş tutdu.

20 Mart 2020

ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında "Gənclər Təşkilatlarında Könüllülük"  haqqında onlayn vebinar baş tutdu.

19 mart 2020-ci il tarixində ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında “Gənclər təşkilatlarında könüllülük” mövzusunda  onlayn vebinar baş tutmuşdur. Vebinarın məqsədi gənclərə könüllülük fəaliyyətinin əsaslarından, könüllülüyün gənclərə qazandırdığı üstünlüklərdən, gənclərin müxtəlif təşkilatlarda könüllü kimi çalışaraq özlərinə və cəmiyyətə verdiyi töhfələrdən bəhs etmək olmuşdur.  Vebinarda Azər Əliyev, həmçinin, özünün müxtəlif yerli və beynəlxalq təşkilatlarda könüllülük fəaliyyətindən söhbət açmış və bu müddət ərzində əldə etdiyi təcrübəni gənclərlə bölüşmüşdür.


#NAYORA #AzeYouthPolicy #webinar