ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında "Gənclər təşkilatlarının fəaliyyətində onlayn işin təşviqi" mövzusunda onlayn vebinar baş tutdu.

4 Aprel 2020

ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında "Gənclər təşkilatlarının fəaliyyətində onlayn işin təşviqi" mövzusunda onlayn vebinar baş tutdu.

 

3 aprel 2020-ci il tarixində ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında “Gənclər təşkilatlarının fəaliyyətində onlayn işin təşviqi” mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın məqsədi iştirakçılara gənclər təşkilatlarında onlayn fəaliyyət barəsində maarifləndirici məlumatlar vermək olmuşdur.
Onlayn vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:
- Onlayn iş nədir;
- Gənclər təşkilatlarında onlayn fəaliyyətin aparılması istiqamətləri;
- Onlayn fəaliyyətdə planlamanın rolu və planlama platformaları;
- Onlayn işin təşviqində vebinarların təşkili və vebinarlar üçün platformalar;
- ARGTMŞ-da onlayn fəaliyyətin aparılma istiqamətləri və s.
Onlayn vebinara gənclər təşkilatlarının nümayəndələri və könüllüləri, ARGTMŞ-nın katibliyi və könüllüləri, o cümlədən, fərdi gənclər də iştirak etmişdir. Vebinarın sonunda Azər Əliyev iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün aşağıdakı linkə daxil olun:

https://youtu.be/7nKGGAFWBig 

#NAYORA #Evdəmən #Evdəqal #webinar