ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında "Visegrad+ Fondu üçün layihələrin hazırlanması və yazılması" haqqında onlayn vebinar baş tutdu.

29 Mart 2020

ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında "Visegrad+ Fondu üçün layihələrin hazırlanması və yazılması" haqqında onlayn vebinar baş tutdu.

28 mart 2020-ci il tarixində ARGTMŞ-nın baş katibi Azər Əliyevin təqdimatında “Visegrad+ Fondu üçün layihələrin hazırlanması və yazılması” mövzusunda onlayn  vebinar baş tutmuşdur. Vebinarın məqsədi iştirakçıları Visegrad+ Fondu üçün layihələrin yazılması barəsində maarifləndirici məlumatlar vermək olmuşdur.

Onlayn vebinarda aşağıdakı mövzulardan bəhs edilmişdir:

-Visegrad Fondu barəsində ümumi məlumat;

-Visegrad Fondunun qrantları və növləri;

-Visegrad+ Fonduna müraciət şərtləri və qaydaları;

-Visegrad Fondu barəsində məlumat almaq üçün onlayn resurslar və s.

Vebinarın sonunda Azər Əliyev iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

 

#NAYORA  #EvdəMən #webinar