ARGTMŞ-nın Büro üzvləri və MNTK üzvləri ilə görüşü keçirilmişdir

18 Fevral 2020

ARGTMŞ-nın Büro üzvləri və MNTK üzvləri ilə görüşü keçirilmişdir

18 fevral tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının  sədri Məryəm Məcidovanın ARGTMŞ-nın Büro üzvləri və MNTK üzvləri ilə görüşü keçirilmişdir.
Görüşdə Büro üzvlərinə və MNTK üzvlərinə son 3 ayın hesabatları təqdim olunmuş, layihələr barədə ətraflı məlumatlar verilmiş, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) üzvlərinin növbəti Məclisinin  6 mart tarixində baş tutması ilə bağlı qərar qəbul olunmuşdur.
Həmçinin Resurs mərkəzində fəaliyyət göstərə biləcək təşəbbüs qrupları təklifləri barəsində müzakirə edilmiş,qarşıya qoyulan məqsədlər, layihələr, proqramlar və kampaniyalar haqqında təkliflər verilmişdir.
Sonda cari il üzrə keçirilən layihələrin maliyyə məsələlərinə baxılıb və MNTK üzvləri tərəfindən müsbət qiymətləndirilib.