ARGTMŞ-nın İdarə heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvləri ilə birlikdə onlayn formatda görüş keçirilib.

6 May 2020

ARGTMŞ-nın İdarə heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvləri ilə birlikdə onlayn formatda görüş keçirilib.

5 may 2020-ci il tarixində ARGTMŞ-nın İdarə heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvləri ilə birlikdə onlayn formatda görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd  gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin onlayn platformalara inteqrasiya imkanlarını gücləndirmək, gələcək layihələrdə aktiv şəkildə birgə fəaliyyət göstərmək və əməkdaşlığı daha da genişləndirmək, o cümlədən COVİD-19 pandemiyası müddətində gənclər təşkilatlarının onlayn fəaliyyətinin aparılması istiqamətlərini və nəticələrini müzakirə etmək olmuşdur.Onlayn görüş zamanı ARGTMŞ-nın son üç aylıq hesabatı təqdim olunmuş, həmçinin növbəti aylar ərzində baş tutacaq layihələr, görüşlər müzakirə olunmuşdur. Görüş İdarə heyəti və MNTK üzvlərinin sual və təklifləri ilə davam etmişdir. 

 

#NAYORA #AzeYouthPolicy #YouthStrategy #YouthOrganizations