ARGTMŞ-nın könüllüsü Nərgiz Şahsuvarova Fransada baş tutan təlim sessiyasında iştirak etdi.

15 Mart 2020

ARGTMŞ-nın könüllüsü Nərgiz Şahsuvarova Fransada baş tutan təlim sessiyasında iştirak etdi.

2-6 mart 2020-ci il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurası (Council of Europe), Avropa Gənclər Klubları Konfederasiyasının (European Confederation of Youth Clubs) və Avropa Kənd Gəncləri Birliyinin (Rural Youth Europe) birgə təşkilatçılığı ilə təlim sessiyası baş tutmuşdur. Tədbirdə 18 müxtəlif ölkədən gənclər təşkilatları nümayəndələri, o cümlədən NAYORA könüllüsü Nərgiz Şahsuvarova da iştirak etmişdir.

Tədbirin ilk günündə müxtəlif ölkələrdən olan iştirakçılar təmsil etdikləri təşkilatların təqdimatını həyata keçirmişdir. Təlim sessiyasının digər günlərində iştirakçılar öz ölkələrində gənclər sektorunun inkişafı və bu sahədə aparılan işlər barəsində fikir mübadiləsi aparmışlar. Tədbir müddətində həmçinin, vətəndaş cəmiyyətinin aktiv fəaliyyətinin gücləndirilməsi mövzusunu əhatə edən müxtəlif vörkşoplar həyata keçirilmişdir. Sonuncu gün isə təlim iştirakçılarının Avropa Şurasına səfəri baş tutmuşdur.

Nərgiz Şahsuvarova: "Cəmiyyətin inkişafında gənclərin rolu əvəzsizdir. Beynəlxalq təcrübə əldə edərək biz gənclər bu prosesə effektiv töhfə verə bilərik."