ARGTMŞ-NIN sədri Məryəm Məcidovanın təqdimatında " Azərbaycanda gənclər siyasəti və gənclər üçün yaradılan imkanlar" adlı onlayn vebinar baş tutdu.

2 Aprel 2020

ARGTMŞ-NIN sədri Məryəm Məcidovanın təqdimatında " Azərbaycanda gənclər siyasəti və gənclər üçün yaradılan imkanlar" adlı onlayn vebinar baş tutdu.

1 aprel 2020-ci il tarixində ARGTMŞ-nın sədri Məryəm Məcidovanın təqdimatında “Azərbaycanda gənclər siyasəti və gənclər üçün yaradılan imkanlar” mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın məqsədi iştirakçılara Azərbaycanda gənclər siyasəti və onun istiqamətləri barəsində maarifləndirici məlumatlar vermək olmuşdur.
Onlayn vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:
- Azərbaycanda gənclər siyasəti;
- Gənclər üçün yaradılan müxtəlif imkanlar;
- Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə yaradılmış Resurs Mərkəzi haqqında;
- ARGTMŞ-nın gənclər siyasətində rolu;
- Yerli və beynəlxalq təşkilatlarda inteqrasiya;
- ARGTMŞ-nın beynəlxalq platformalarla əməkdaşlığı və s.
Onlayn vebinara 20-dən artıq gənclər təşkilatlarının nümayəndələri və könüllüləri, ARGTMŞ-nın katibliyi və könüllüləri, o cümlədən, fərdi gənclər də iştirak etmişdir. Vebinarın sonunda Məryəm Məcidova iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Onlayn vebinarı tam olaraq izləmək üçün link: https://m.youtube.com/watch?v=LBffWWcbxFA 

 

#NAYORA #EvdəMən #EvdəQal #webinar