ARGTMŞ-nın sədri Məryəm Məcidovanın təqdimatında "Gənclərlə iş sahəsində Təlimçilər Bazası" haqqında onlayn vebinar baş tutdu.

14 Aprel 2020

ARGTMŞ-nın sədri Məryəm Məcidovanın təqdimatında "Gənclərlə iş sahəsində Təlimçilər Bazası" haqqında onlayn vebinar baş tutdu.

12 aprel 2020-ci il tarixində ARGTMŞ-nın sədri Məryəm Məcidovanın təqdimatında "Gənclərlə iş sahəsində Təlimçilər Bazası” mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın məqsədi iştirakçılara Təlimçilər Bazası barəsində maarifləndirici məlumatlar vermək olmuşdur.
Onlayn vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:
- Təlimçilər Bazası barədə ümumi məlumat;
- Təlimçilər Bazası vəzifələri;
- Təlimçilər Bazasının üstünlükləri;
- Təlimçilər Bazasının formalaşdırılması mərhələləri və s.
Onlayn vebinarda gənclər təşkilatlarının nümayəndələri və könüllüləri, ARGTMŞ-nın katibliyi və könüllüləri, o cümlədən, fərdi gənclər də iştirak etmişdir. Vebinarın sonunda Məryəm Məcidova iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün link: https://www.youtube.com/watch?v=5lpIDFwuAgU